12 C
Baku
Monday, October 28, 2024

Ağdam Sənaye Parkındakı müəssisələrdə 100-dək şəxs işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkına mediatur təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, mediatur zamanı jurnalistlərə bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rola malikdir. Agentlik Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə davamlı əməkdaşlıq edir. Dövlət Məşğulluq Agentliyinin xətti ilə artıq 100-dək şəxs həmin müəssisələrdə işlə təmin olunub. Onların böyük əksəriyyəti ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qeyd edilib ki, peşə hazırlığı kurslarının təşkilində də birgə işlər görülür. 55 şəxs üçün Sənaye Parkındakı müəssisələrin istehsalat bazalarında peşə kursları təşkil olunub.

Media nümayəndələri müəssisələrdə məşğulluğu təmin edilmiş şəxslərlə görüşüb, onların iş şəraiti, habelə peşə kursları ilə əyani tanış olublar.

Son xəbərlər
Digər xəbərlər