Skuter istehsalçısı “JET Group” Azərbaycanda istiqraz emissiyasına hazırlaşır

Bakı Fond Birjası ilə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində əməkdaşlıq edən “JET Group Ltd.” şirkətinin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir. Bu çərçivədə Bakı Fond Birjasının iştirakı ilə şirkət üçün yerli investisiya şirkətləri ilə görüşlər təşkil olunub.

Banker.az bunu BFB-yə istinadən xəbər verir.

Məlumata görə, şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan qanunvericiliyinə əsasən ölkədə istiqraz emissiyasının həyata keçirilməsi üçün yerli bank tərəfindən təmin edilmiş istiqraz buraxılışı tələb olunur. Bu səbəbdən emissiyanın təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı şirkətlərin səhm və ya istiqrazlarını birjada yerləşdirməklə maliyyələşməsinə dəstək göstərən məlumat və məsləhət xidmətidir.

JET Group Ltd. 2021-ci ildə Qazaxıstanda təsis olunmuş, elektrik skuterlərinin paylaşımı xidmətləri göstərən beynəlxalq mikromobillik şirkətidir. Şirkət Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada fəaliyyət göstərir.

Şirkət 2023-cü ildən etibarən Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyası həyata keçirib və növbəti maliyyələşmə mərhələsində Azərbaycan kapital bazarına çıxmağı planlaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər