İran hakimiyyəti iPhone smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi özünün “X” səhifəsində bildirib.
Mayın 30-da İran gömrüyü ölkəyə istənilən nəsil iPhone smartfonlarının idxalına qadağa qoyub. Hətta əvvəllər idxalına icazə verilən 13-cü nəsil və daha yaşlı modellərin satışı qadağan edilib. 2017-ci ildə Amerikanın “Apple” korporasiyası ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə İran tərtibatçılarının bütün mobil proqramlarını “App Store”dan silib.
Oktyabrın 28-də “Digiato” portalı Livanda peycer partladılmasından sonra İranda “Motorola” telefonlarının qadağan olunduğunu bildirib. Xüsusilə, Məhəmməd Mehdi Baradaran ticarət, sənaye və mineral ehtiyatlar nazirinin müavini vəzifəsindən istefa verməsi ərəfəsində İranda “Motorola” telefonlarının satışının dayandırıldığını açıqlayıb.