Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.
Banker.azın “Report”a istinadən bildirir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqda, Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzində, Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivlərində, Naxçıvan Dövlət Film Fondunda, Naxçıvan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində çalışan işçilərin əmək haqları 10 faiz artırılıb.