13 C
Baku
Saturday, November 23, 2024

XİN başçısı: Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var, layihənin razılaşdırılması üzrə iş aparılır

Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı deyib.

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb.

XİN başçısı ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər