13 C
Baku
Friday, November 22, 2024

AYNA sədri: “COP29-un ilk günlərində aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: “İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və “Terminal 2″də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı – “28 may” ərazisini, H2 üzrə marşrut isə hava limanı – “Əhmədli” metrosu stansiyasını əhatə edir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər