18 C
Baku
Saturday, November 2, 2024

Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9 mkr, ev 10 ünvanında fəaliyyət göstərən “Bluebake” MMC-yə məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, dondurucuda mal qonşuluğu prinsipinin pozularaq xammal və hazır məhsulların birlikdə saxlanıldığı, hazırlanan tortların və dondurulmuş qidaların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, qablaşdırma materiallarının və xammalların saxlanılması, eləcə də kremlərin hazırlanması, biskvitlərin bişirilməsi, qidaların donunun açılması və qabların yuyulması üçün ayrıca sahənin təşkil edilmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı və digər nöqsanlar aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılmasına, unlu və kremli qənnadı məmulatlarının istehsalına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər