2024-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7.2 faiz artaraq 1 258.9 manat təşkil edib.
Banker.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
2024-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib. (aylıq müqayisədə 8.1 manat azalma)