11 C
Baku
Tuesday, November 5, 2024

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depozit təklifləri – SİYAHI (noyabr)

Azərbaycanda bankları bazardan manatda müddətli depozit cəlb etmək üçün müştərilər üçün gəlirlilik faizlərini qaldırıblar.

Banker.az Qarant.az platformasının 4 noyabr tarixinə monitorinq edilmiş son göstəricilərinə istinadən xəbər verir ki, bir sıra banklar da depozit faizlərini yükəldiblər. İndi bazarda fiziki şəxslər üçün 12 aylıq müddətli əmanətlərin gəlirliyi 10% üzərində olan 11 bank var. Bunların içində ölkənin iki ən iri bank ABB və “Kapital Bank” ASC-də var.

6 aylıq müddətli manat depozitləri ən sərfəli ABB-dədir. Dövlət bankı müddətin sonuna yarım illik müddət üçün 11% gəlirlilik təklif edir. Burada ikinci ən sərfəli yarımillik depozit “AccessBank” QSC-dədir. Kommersiya bankı müddətin sonuna 10.75% illik gəlirlilik təklif edir.

9 aylıq müddətə cəmi 11 bank cəlb edirlər ki, bunlardan da ən sərfəlisi “Expressbank” ASC və “Turan Bank” ASC-dədir – 11%. İkinci sırada olan “Rabitəbank” ASC 10% gəlirlilik təklif edir.

Bençmark sayılan 12 aylıq illik depozitlərdə rəqabət daha yüksəkdir. Burada banklardan ikisi – “Expressbank” və “Bank VTB Azərbaycan” illik 11.5% illik gəlirlilik təklif edirlər. Digər yeddi bank isə 11% illik gəlirlik vəd verirlər.

Bildiyimiz kimi, cari ilin yanvarından etibarən milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.

18 aylıq müddətli manat depozitlərinin gəlirliyi ən yüksək üç bankdadır: “Expressbank”, “TuranBank” və “Yelo Bank”. Bu üç bank 12%-lik gəlirlilik təklif edir. “AccessBank”, “Bank Avrasiya, “Bank of Baku” və “Bank VTB Azərbaycan” 11.75% illik gəlir vəd edir.

24 aylıq müddətli depozitlərdə isə gəlirlilik 4 bankda 12% illik dərəcə var. Bunlar, “Expressbank”, “TuranBank”, “Yelo Bank”, “AccessBank” və “Bank of Baku”dur.

3223

Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur. Bu üç il müddətinə qədər əhatə edəcək.

Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.

Eləcə də bu tarixdən etibarən, milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 illik vergidən azad edilib.

Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.

 

 

Son xəbərlər
Digər xəbərlər