“WhatsApp” messencerinə çatların sürətli təşkili funksiyası əlavə edilib, hansı ki yazışmaları daha rahat şəkildə strukturlaşdırmağa imkan verir.
Bildirilir ki, müxtəlif kateqoriyalar üzrə siyahılar yaratmaq mümkündür, məsələn, “Ailə”, “İş”, “Oxunmamış” və s. Çatların sürətli təşkili funksiyası lazımi dialoqu tapmaqda çətinlik çəkənlər üçün nəzərdə tutulub.
Siyahı yaratmaq üçün filtr xəttindəki “+” işarəsinin üzərinə klikləmək, yaratmaq istədiyiniz kateqoriyaya ad vermək və oraya hansı söhbətləri əlavə etmək istədiyinizi seçməlisiniz.