7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan çirkli pulları Avropaya daşıyan bank bağlandı

Avropanın Mərkəzi Bankı maliyyə və kapital bazarları Komissiyasının müraciəti əsasında Latviyanın “Trasta komercbanka” bankının lisenziyasını ləğv edib.

Latviya KİV  xəbər verir ki, buna səbəb bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilir. Bankın lisenziyasının alınması barədə qərar Latviya vaxtı ilə dünən saat 24.00-dan qüvvəyə minib.

Bankın idarə heyətinin sədri Qundars Qrieze deyib ki, Avropa Mərkəzi Bankının qərarından məhkəməyə şikayət verəcəklər. Latviyanın baş naziri Maris Kuçunskis isə deyib ki, bankın lisenziyasının alınması ölkənin bank sisteminə ciddi təsir etməyəcək. Çünki “Trasta komercbanka” ölkənin 13-cü ən iri bankıdır və maliyyə bazarlarında payı elə də böyük deyil.

“Trasta komercbanka”nın lisenziyasının ləğv edilməsi ona görə xüsusi maraq doğurur ki, bu bankın Azərbaycanda da filialı var. Özü də adı çirkli pulların yuyulmasında və dələduzluqda hallanır.

Bir neçə il əvvəl “Trasta Komercbanka” Azərbaycanda “TKB Leasing”  Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib  və ölkənin maliyyə bazarına daxil olub. Bank sektorundakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu törəmə şirkətin əsas funksiyası Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, “kağız üzərində”ki şirkətlərdən istifadə olunub.  Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə “komission” kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər