Bakı Fond Birjasında 2024-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 50 mlrd. 333.7 mln. manat təşkil edib. Bu da üç dəfəyə yaxın artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 63%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 2% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 277% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 7805% artım qeydə alınıb.
2024-cü ilin Oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6 mlrd. 78.8 mln. manat təşkil etmişdir.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
Bazarlar / Əməliyyatlar | 01.01.2024-31.10.2024 | 01.01.2024-31.10.2024 | ||
Əqdlərin həcmi (manatla) | Əqdlərin sayı | Əqdlərin orta günlük** həcmi (manatla) | Əqdlərin orta günlük sayı | |
1. Dövlət qiymətli kağızları | 5,572,044,009 | 2,300 | 27,721,612 | 11.44 |
1.1. İlkin bazar | 4,423,323,384 | 1,150 | 22,006,584 | 5.72 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) | 2,756,653,857 | 840 | 13,714,696 | 4.18 |
ARMB* qiymətli kağızları | 1,666,669,528 | 310 | 8,291,888 | 1.54 |
1.2. Təkrar bazar | 1,148,720,624 | 1,150 | 5,715,028 | 5.72 |
Dövlət istiqrazları | 826,681,128 | 1,041 | 4,112,841 | 5.18 |
ARMB qiymətli kağızları | 322,039,496 | 109 | 1,602,187 | 0.54 |
2. Korporativ qiymətli kağızlar | 1,928,689,159 | 55,612 | 9,595,468 | 276.68 |
2.1. İlkin bazar | 1,145,782,201 | 50,188 | 5,700,409 | 249.69 |
2.1.1. Səhmlər | 67,675,059 | 49,299 | 336,692 | 245.27 |
2.1.2. İstiqrazlar | 1,078,107,142 | 889 | 5,363,717 | 4.42 |
– İpoteka istiqrazları | 500,160,831 | 12 | 2,488,362 | 0.06 |
– Digər istiqrazlar | 577,946,311 | 877 | 2,875,355 | 4.36 |
2.2. Təkrar bazar | 782,906,958 | 5,424 | 3,895,059 | 26.99 |
2.2.1. Səhmlər | 10,779,583 | 4,835 | 53,630 | 24.05 |
2.2.2. İstiqrazlar | 772,127,375 | 589 | 3,841,430 | 2.93 |
– İpoteka istiqrazları | 618,767,061 | 34 | 3,078,443 | 0.17 |
– Digər istiqrazlar | 153,360,315 | 555 | 762,987 | 2.76 |
3. Repo əməliyyatları | 42,832,968,208 | 7,246 | 213,099,344 | 36.05 |
Dövlət istiqrazları üzrə | 19,167,421,604 | 6,447 | 95,360,306 | 32.07 |
ARMB qiymətli kağızları üzrə | 1,455,952,008 | 544 | 7,243,542 | 2.71 |
Korporativ qiymətli kağızlar üzrə | 22,209,594,596 | 255 | 110,495,496 | 1.27 |
Cəmi (1+2+3) | 50,333,701,376 | 65,158 | 250,416,425 | 324.17 |
– o cümlədən: ilkin bazar | 5,569,105,586 | 51,338 | 27,706,993 | 255.41 |
– o cümlədən: təkrar bazar | 1,931,627,582 | 6,574 | 9,610,087 | 32.71 |