14 C
Baku
Sunday, November 24, 2024

2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək

25 dekabr 2024-cü il saat 11.00-da “Bakı yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1.İcra orqanının – ASC sədrinin seçilməsi.
2. 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi.
3. Digər məsələlər.

Ünvan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı-Binəqədi şossesi 11-dir.

Xatırladaq ki, “Bakı yoltikintiservis” ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir.

Son xəbərlər
Digər xəbərlər