12 C
Baku
Saturday, November 23, 2024

“Volkswagen” ABŞ-də 114 mindən çox avtomobili geri çağıracaq

“Volkswagen” avtomobil istehsalçısı təhlükəsizlik yastıqları ilə bağlı problemlərə görə ABŞ bazarından 114.5 min avtomobili geri çağıracaq.

Bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, geri çağırılma 2006-cı ildən 2019-cu ilə qədər istehsal olunan “Beetle” və “Passat” modellərinə şamil ediləcək.

Tənzimləyici qeyd edib ki, səbəb sürücü tərəfindəki ön hava yastığının nasazlığı olub və bu, yüksək temperaturun təsiri altında kortəbii işə düşməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər