6 C
Baku
Sunday, December 15, 2024

Facebook hər işçisinə $1mln. verəcək

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook əməkdaşlarına yeni bonuslar ödəyəcək. Korporasiyanın Britaniya və Şimali İrlandiyada çalışan əməkdaşlarına 2018-ci ilin sonunadək 280 milyon funt-sterlinq ödənəcək.

Daily Mail bildirir ki, Britaniyada Facebook-un maliyyə fəaliyyəti ciddi şəkildə yoxlanmağa başlanıb. Mark Zukerberqə məxsus olan sosial şəbəkə vergilərdən yayınmaqda suçlanır.

Facebook-un ötən il İrlandiyada 3,74 milyard dollar funt-sterlinq gəlir əldə etdiyi, lakin cəmi 2,6 milyon funt vergi ödədiyi bəlli olub.

Sosial şəbəkənin Britaniya və İrlandiyada çalışan işçilərindən hər birinə orta hesabla 775 min funt mükafat ödəməklə həmin pulları vergilərdən yayındırmaq istədiyi deyilir.

Milli.Az

Son xəbərlər
Digər xəbərlər