9 C
Baku
Friday, December 13, 2024

“Petkim”in xalis mənfəəti 14% artıb

Ötən il “Petkim PetroKimya Holding A.Ş.” 639,2 mln. Türkiyə lirəsi (təqribən 220 mln. dollar) həcmində xalis mənfəət əldə edib. Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilə nisbətən 14% çoxdur. “Petkim” 2015-ci il ərzində ümumilikdə 4 532,6 mln. lirə (təqribən 1,6 mlrd. dollar) gəlir əldə edib ki, bu da onun aktivlərinin 5 460,7 mln. lirəyə (təqribən 1,9 mlrd. dollar) çatmasına şərait yaradıb.

Ötən il “Petkim”in faktiki istehsal həcmi onun istehsal potensialının 87%-nə çatıb.

©Report

Son xəbərlər
Digər xəbərlər