“Formula-1″in yarış direktoru Nils Vittix vəzifəsindən azad edilib.
52 yaşlı mütəxəssis FIA-nın təşəbbüsü ilə postundan kənarlaşdırılıb.
Onu bu postda gənc sürücülərin F2 və F3 seriyalarında analoji vəzifəni icra edən Ruy Markeş əvəzləyəcək.
Qeyd edək ki, N.Vittix 2022-ci ildən “Formula-1″in yarış direktoru vəzifəsini icra edirdi.