16 C
Baku
Friday, November 22, 2024

ABŞ-də inflyasiya 2.6%-dək artıb

ABŞ-də istehlak qiymətləri indeksi (CPI) oktyabrın sonunda illik ifadədə 2.6% təşkil edib. Belə məlumatları bu gün, noyabrın 13-də ABŞ Əmək Departamenti təqdim edib. Beləliklə, inflyasiya analitiklərin proqnozları səviyyəsində olub. Sentyabr ayı ilə müqayisədə qiymətlər 0.2% artıb.

Qida və enerjini nəzərə almasaq, istehlak qiymətləri indeksi oktyabr ayında 3.3% yüksəlib. Qiymət artımına əhəmiyyətli töhfəni mənzil (illik ifadədə 4.8%), nəqliyyat xərcləri (8.2%) və elektrik enerjisi (4.5%) verməkdə davam edir. Eyni zamanda, enerji qiymətləri bütövlükdə 4.9%, yeni avtomobillər 1.3%, işlənmiş avtomobillər isə 3.4% ucuzlaşıb. Ərzaq məhsullarının qiymətləri 2.1% artıb.

Son xəbərlər
Digər xəbərlər