Hindistanın texnoloji şirkəti “Redington” və ya “Redington Group” Azərbaycan bazarına daxil olub.
Banker.az xəbər verir ki, şirkət “Redington Azerbaijan Technology” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. Yeni yaradılmış MMC-nin nizamnamə kapitalı 100000 ABŞ dollar təşkil edir.
Şirkətin rəhbər Barış Korkudur. O, “Redington”nun Türkiyə ofisinin rəhbəridir.
Xatırladaq ki, “Redington Group” 1961-ci ildə Hindistanda təsis edilib. Şirkət mobil telefonlar, mobil aksesuarlar, informasiya texnologiyaları xidmətləri, süni intellekt, böyük məlumatların analizi, 5G rabitə və təchizat zəncirinin idarə edilməsi sahələrində xidmət və məhsullar təklif edən bir şirkətlər qrupudur.
Şirkətin Asiya və Afrikada 50-dən yuxarı ölkəsində filial və şirkətlər qrupu mövcuddur.