“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 15 874 715 manatır.