14 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlanılır

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

Bu barədə qurumun məlumatında bildirilib.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər