14 noyabrda Cənubi Koreya tənzimləyicisi “Upbit” kriprovalyuta birjasında lisenziyanın uzadılması üçün yoxlama aparıv.
Banker.az xəbər verir ki, yoxlama zamanı 500 minlə 600 min arasında istifadəçilər tərəfindən təqdim olunan sənədlərin oxunmaz olduğu hallar aşkarlanıb. Yəni, birja aktiv müştərilərinin öz əsl adlarını göstərib-göstərmədiklərini düzgün yoxlamırmış.
Yerli qanunlara əsasən, müştəri identifikasiyası öhdəliklərinin hər bir pozuntusuna görə 100 milyon Koreya vonuna (71.7 min ABŞ dolları) qədər cərimə tətbiq edilə bilər. Aşkarlanan pozuntuların sayı 600 minə çatdığı üçün “Upbit”in 43 milyard dollara qədər cərimələnməsi mümkündür.
Aşkarlanan bütün pozuntular indi uzun müddət ərzində yenidən yoxlanılacaq və maliyyə tənzimləyicisinin son nəticələri yalnız cərimənin yekun məbləğinə deyil, həm də “Upbit”in biznes fəaliyyətinin davam etdirilməsinə təsir göstərə bilər.