-3 C
Baku
Sunday, December 15, 2024

Bəzi banklar dollar müştərilərinə güzəştlər təklif edib

Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb.

Güzəşt tətbiq edən banklardan biri “Bank Respublika“dır. Bu bankda dollarla krediti olanlara unikal güzəşt təklif edilir. Müştəri dollarla götürdüyü kreditini manatla əvəz edə bilər. Yəni dollarla götürülən borc manatla ifadə olunaraq yeni müqavilə hazırlanır və borcunuz dollarla deyil, manatla hesablanmağa başlayır.

Dollar krediti olanlara güzəşt edən banklar arasında “Bank of Baku” da var. Bu bank dollarla götürülən krediti birdəfəlik ödəmək istəyən müştələrə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini də silib.

Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov bir müddət öncə əhalinin dollarda olan kreditləri ilə bağlı məsələyə münasibət bildirərkən bankların əhaliyə güzəşt etməsini məqsədə uyğun olduğunu bildirmişdi.

Nazir hesab edirdi ki, banklar faizləri azaltmalı, ödəniş müddətini uzatmalıdır. S.Şərifov bu məsələdə Mərkəzi Bankın da banklara güzəşt edə biləcəyini vurğulamışdı.

Baku.ws

Son xəbərlər
Digər xəbərlər