9 C
Baku
Thursday, December 12, 2024

Bugünkü hərracda bankların valyuta tələbatının 75%-i ödənilməmiş qalıb

Bu gün keçirilən növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib. 

ARDNF bügünkü hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib.

Qeyd edək ki, sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq sabah, martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir.

Report

Son xəbərlər
Digər xəbərlər