Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, ölkənin yüksək patogen quş qripindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib və müvafiq məlumatlar təşkilatın rəsmi internet səhifəsində yayımlanıb. (https://www.woah.org/app/uploads/2024/11/2024-11-azerbaijan-hpai-selfd-a.pdf)
Belə ki, ÜHST tərəfindən xəstəlikdən azad olma statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracına olan ən böyük maneələrdən birinin götürülməsinə və quşçuluq sektoruna aid məhsulların ixracının asanlaşmasına səbəb olacaq.