Yaponiya Bankının rəhbəri Kazuo Ueda bazar ertəsi bildirib ki, inflyasiyaya uyğunlaşdırılmış real faiz dərəcələrinin uzun müddət aşağı səviyyədə saxlanılması həddindən artıq inflyasiya yarada bilər və mərkəzi bankı faiz dərəcələrini sürətlə artırmağa məcbur edə bilər.
Banker.az bunu Reuters agentliyinə istinadən xəbər verir.
“Əsas inflyasiyanın 2%-lik hədəfimizi aşaraq sürətlənməsi riski mövcuddur. Bu, bizi faiz dərəcələrini gözləniləndən daha sürətli artırmağa məcbur edə bilər. Bu, problemlərə səbəb ola bilər. Ona görə də monetar dəstək dərəcəsini müvafiq şəkildə tənzimləməyimiz lazımdır,” – Ueda mətbuat konfransında bildirib.
Bu açıqlama, uzun müddət aşağı faiz dərəcələrinin saxlanılmasının mənfi cəhətləri barədə verilən suallara cavab olaraq səsləndirilib.
Qeyd edək ki, ötən həftə “Tramp ticarəti” qorxusu ardından əksər valyutalar, o cümlədən yapon yeni ABŞ dollarına qarşı kəskin dəyər itirməklə cari ilin iyulundan bu tərəfə maksimuma qalxdı. Lakin yen ötən həftə 1.3% dollara qarşı bahalaşaraq 154 səviyyəsinin altına düşmüşdü.