Azərbaycan Respublikasının 2024-cü ilin ilk 10 ayında dövlət büdcəsinin profisiti 3 milyard 434.3 milyon manat manat təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayına qədər 2 milyard 562.7 milyon manatlıq profisit var.
Dövlət büdcəsinin gəlirləri illik 19.4 faiz artımla 31 milyard 542.5 milyon manata yüksəlib.
Dövlət büdcəsinin xərcləri isə illik 5.5 faiz artımla 28 milyard 108.2 milyon manata yüksəlib.