13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda “iPhone”nun birbaşa ABŞ-dən alışları kəskin artıb

Azərbaycan ABŞ-dən mobil telefon idxalını 2023-cü illə müqayisədə kəskin artırıb.

Banker.az xəbər verir ki, cari ilin ilk üç rübündə Azərbaycana bu ölkədən 3 150 ədəd və ya 3 milyon 557.4 min ABŞ dolları dəyərində smartfon idxal edilib. Keçən ilin eyni dövründə ölkəyə cəmi 407 ədəd və ya 415 min dollarlıq smartfon gətirilmişdi.

Azərbaycanın ABŞ-dən birbaşa idxal etdiyi mobil telefonlar əsasən “Apple inc.” Şirkətinin istehsalı olan smartfon modelləridir. Bəzi hallarda isə ABŞ-nin istehsal etdiyi bu markalar yerli bazarda Çində istehsal edilir və bazara tədarük edilir.

Smartfonun birinin orta dəyəri cari ilin ilk üç rübü üçün 1 129 dollar və ya Mərkəzi Bankın cari məzənnəsi ilə 1919 manat təşkil edib.

Keçən ilin eyni dövründə bir smartfonun orta qiymətinin 1019 dollar (1 732.9 manat) olduğunu nəzərə alsaq, cari ildə qiymətlərin öncəki ildən 11 faiz baha olduğunu müşahidə edə bilərik.

 

Son xəbərlər
Digər xəbərlər