Daxili tələb amillərinin aktivləşməsi fonunda hərraclarda valyutaya tələb yüksəlmiş, xarici valyutaya tələbin yüksəlməsi Azərbaycan Dövlət Neft Fondunun transfertinə qənaət imkanlarını məhdudlaşdıran amillərdən olub.
Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatası bildirir.
Mərkəzi Bankın məlumatlarına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında 70 valyuta hərracı keçirilmiş, nəticədə 5 milyard 377.5 mln. ABŞ dolları həcmində valyuta satışı reallaşdırılmışdır. Baxılan dövr ərzində valyutaya tələb ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artmış, aylar üzrə ən yüksək satış fevral ayında olmaqla 870.6 mln. ABŞ dollarına bərabər olmuşdur. Hərraclar üzrə orta tələb ötən ilin müvafiq dövründəki 36.0 mln. ABŞ dollarından 76.8 mln. ABŞ dollarına yüksəlmişdir.
Valyutaya tələbin artmasına əsasən fiskal stimullar fonunda idxal həcminin yüksəlməsi təsir edib. Belə ki, baxılan dövr ərzində həm dövlət, həm də özəl sektor üzrə idxalın həcmində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivədə dövrün sonunda qeyri-dövlət sektorunda məşğul əhalinin payının 80%-ə, muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payının 50%-ə, qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbətinin 80%-ə yüksələcəyi, minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacağı, dövlət qulluğuna cəlb olunan şəxslərin sayının hər il 5% artacağı hədəflənmişdir.