10 C
Baku
Wednesday, December 11, 2024

Beynəlxalq Valyuta Fondundan qlobal iqtisadi fəlakət xəbərdarlığı

Dünya qlobal iqtisadi çöküş riski qarşısında qalıb. Fəlakətin qarşısını almaq üçün dövlət rəhbərləri tələbatı stimullaşdıran tədbirlər görməlidir.

Bu haqda Beynəlxalq Valyuta Fondunun direktorunun birinci müavini Devid Lipton “The Financial Times” qəzetində dərc edilmiş açıqlamasında bildirir.
Onun sözlərinə görə, qlobal iqtisadiyyat doğrudan da çətin vəziyyətdədir. Lipton siyasətçiləri iqtisadi artımı və tələbatı stimullaşdıran tədbirlər görməyə, habelə əmtəə və valyuta bazarlarında hökm sürən yüksək volatilliyin nəticəsi olaraq yaranan yeni təhdidlərə hazırlaşmağa çağırır. “İqtisadi fəallığı dəstəkləmək və dünya iqtisadiyyatının dayanıqlığını təmin etməyin vaxtıdır”-Devid Lipton yazıb.
Qəzet yazır ki, BVF-in direktor müavinin bu bədbin açıqlaması Çin iqtisadiyyatına dair neqativ statistikanın dərc olunmasından sonraya təsadüf edib. Belə ki, fevral ayında Çindən ixrac  ötən ilin fevral ayına nisbəən 25.4 faiz azalıb. İdxal isə 13.8 faiz aşağı düşüb.
Son xəbərlər
Digər xəbərlər