Azərbaycanda 2030-cu ilə qədər avtobus parkının tam elektrifikasiyası planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.
“Biz avtobus zolaqlarını tətbiq etmişik və avtobus marşrutlarını optimallaşdırmışıq. Bu, avtobus tıxacını azaltmağa və Bakı şəhərində avtobusların sürətini saatda 18-dən 22 kilometrə qədər artırmağa kömək edir, xidmət tezliyini artırır və avtobus səyahətini sərnişinlər üçün daha cəlbedici edir. Optimallaşdırılmış şəbəkənin pik saatlarında səyahət müddətini azaltması və ictimai nəqliyyatı genişləndirməsi gözlənilir. Bundan əlavə, biz mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tam elektrifikasiyaya nail olmağı planlaşdırırıq”. – o vurğulayıb.