Azərbaycanda mədən şirkətləri bu il qiymətli qızılın istehsalını artırsalar da, gümüşdə azalma davam edir, mis isə daha kəskin düşüb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 10 ayında mədənçilər ümumilikdə
Metal filizlərinin hasilatı 1 752.1 kiloqram və ya 61 803 troy unsiya qızıl hasil ediblər. Hasilat ötən ildən cəmi 1.2 faiz artımdır. Hansı ki, keçən il iyuldan sonra qızılın hasilatında ekoloji problemlər səbəbindən düşüb. Belə ki, keçən ilin ilk yarısından 2023-cü ilin noyabrına qədər istehsal dayandırılmışdı və audit keçirlmişdi.
Azərbaycan cari ilin ilk üç rübündə İsveçrəyə 2 902 kq qızılı $115.26 milyon dollara satıb. Bununla belə, ölkəyə xaricdən 23 859 tona yaxın (1.83 mlrd. dollar) idxal olunub. Bununla bağlı ətraflı linkdə.
Gümüş istehsalı öncəki ildən 23.8 faiz azalaraq 2 308 kq-a düşüb.
Mis konsentratı illik müqayisədə 94.7 faiz azalmaqla 112 tona düşüb.
2024-cü ilin yanvar-sentyabr aylarında Anglo Asian Mining ümumi cəmi 9,276 unsiya qızıl hasil edib.