14 C
Baku
Saturday, November 23, 2024

“Ford” Avropada 4 min işçisini ixtisar edir

Bu gün, noyabrın 20-də Amerika avtomobil istehsalçısı “Ford” 2027-ci ilin sonuna qədər Avropada 4 min iş yerini ixtisar edəcəyini açıqlayıb. Bu, avropalı işçilərin 14%-nə və ya bütövlükdə şirkət işçilərinin 2.3%-nə bərabərdir. İxtisarlar əsasən Almaniya (3 min iş yeri) və Böyük Britaniyaya (800) təsir edəcək. Şirkət ixtisarları “uzunmüddətli rəqabət qabiliyyətinə nail olmaq” ehtiyacı ilə izah edib.

Digər avtomobil istehsalçıları kimi, “Ford” da inflyasiya və iqtisadi qeyri-müəyyənlik, Çin şirkətlərinin artan rəqabəti və elektrik avtomobillərinin satışında çətinliklər fonunda avtomobillərə olan tələbatın azalması ilə üzləşir. 2024-cü ilin ilk doqquz ayında şirkətin Avropadakı satışları 17.9% azalıb.

“Stellantis”, “General Motors” və “Nissan” daxil olmaqla digər avtomobil istehsalçıları da ixtisarlar aparır. Sentyabr ayında “Volkswagen” Almaniyada bir neçə zavodu bağlamalı və minlərlə iş yerini ixtisar etməli olacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər