13 C
Baku
Friday, November 22, 2024

“Apple” ABŞ-də bank statusu alıb

“Apple” korporasiyası ABŞ-də maliyyə təşkilatı statusu alıb. Bu, şirkətin təmassız ödəniş xidmətinin göstərilməsi ilə əlaqəli olub, “Bloomberg” yazır.

Açıqlamaya görə, yeni federal qanun şirkətə bir il ərzində 50 milyon ABŞ dollarından çox əməliyyat həyata keçirərsə, bank kimi təsnif olunmağa icazə verir. Beləliklə, İT nəhəngi “Apple Pay” xidməti və “Apple Card” kredit kartı sayəsində maliyyə təşkilatına çevrilib.

İndi Tim Kukun rəhbərlik etdiyi şirkətin fəaliyyətinə ABŞ İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu (CFPB) nəzarət edəcək.

“Bloomberg” bildirir ki, ABŞ əhalisinin 60 faizindən çoxu mobil pul kisələrindən istifadə edir, onların əhəmiyyətli bir hissəsi isə “Apple Pay”dən istifadə edir. “Apple”ın maliyyə təşkilatı kimi tanınması dövlətin şirkətin fəaliyyətinə marağının artdığını göstərir.

Son xəbərlər
Digər xəbərlər