2003-cü ildən 2015-ci il yanvarın 1-nə qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 63 mlrd. 902 mln. manat təşkil edib. Bu barədə agentliyə fonddan məlumat verilib.
2015-ci il ərzində ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 8 mlrd. 130 mln. manat təşkil edib”,- deyə fonddan bildirilib.
ARDNF 2003-cü ildə dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
İnterfaks-Azərbaycan