9 C
Baku
Thursday, December 12, 2024

Nazrinlikdən Samir Şərifovun adının qalmaqallı iddiada hallanmasına cavab gəldi

“Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”

Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın “Qordon” agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziriSamir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub. Yuri ŞvetsSamir Şərifovun üç ölkənin – Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

“APA-Economics” bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğumuza cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: “Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”

Son xəbərlər
Digər xəbərlər