7 C
Baku
Sunday, January 11, 2026

MİDA Şirvanda yerləşən yaşayış kompleksi üçün 10 milyon manat ayırdı

“MİDA” MMC “Enerji Qrup” MMC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində yerləşən yaşayış kompleksinin sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, sahəxarici – sahədaxili su təchizatı və kanalizasiya şəbəkəsi, sahədaxili suvarma sistemi, sahədaxili yanğınsöndürmə sistemi, sahədaxili yanğın siqnalizasiya şəbəkəsi və sahədaxili video müşahidə şəbəkəsinin çəkilməsi işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 10 185 019 manatdır.

Son xəbərlər
Digər xəbərlər