Azərbaycanda kommersiya banklarının Mərkəzi Bankdan aldığı kreditlərin ümumi həcmi 2016-cı ilin fevralın 1-nə 5 917,3 mln. manat təşkil edib və bununla da tarixi maksimal həddə çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, AMB-nin banklara tələbi yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 507,1 mln. manat və ya 9,4% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə banklara tələb 4 220 mln. manat və ya 3,5 dəfə yüksəlib.
Qeyd edək ki, banklara tələbin kəskin artması əsasən AMB-nin Azərbaycan Beynəlxalq Bankına problemli kreditlərin restrukturizasiyası proqramı çərçivəsində göstərdiyi yardımla bağlıdır.
Report