Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün nizamnamə kapitalı tələbini 3 dəfədən çox artırması müsbət qərardır.
Bunu “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva AMB-nin qərarına münasibət bildirərkən deyib.
“Mikromaliyyə təşkilatları 25 ildir ki, fəaliyyət göstərirlər. Bu qərar sektorun davamlı və dayanıqlı inkişafına töhfə verəcək. BOKT-lərin sayı azalsa belə, qərarın uzunmüddətli inkişaf strategiyasına malik olan kredit təşkilatlarının fəaliyyətinə mənfi təsiri olmayacaq”, – deyə o qeyd edib.