Hava limanında fəaliyətdə olan “VIP Xidmətlər Qrupu” MMC (əvvəlki “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC) 2023-cü ildə shimdarlarına kapitalındakı bölüşdürülməmiş mənfəətindən 1.39 mln. manat dividend ödəyib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu keçənilkindən xeyli aşağıdır.
2022-ci ildə bu rəqəm 19.94 mln. manat idi. Beləliklə, şirkətin səhmdarlara son iki ildə 21.33 mln. manat dividend ayırıb.
Şirkətin keçən il gəlirlərinin azalması və xərclərinin yüksəlməsi səbəbindən mənfəəti azalıb. Şirkət 2023-cü ili 8.05 milyon manat xalis mənfəətlə tamamlayıb. Öncəki ildə xalis mənfəət 15.84 mln. manat idi. Bu da xalis mənfəətin son ildə gəlirlərin düşməsi və xərclərin artması səbəbindən təqribən yarıbayarı (49%) enişinə gətirib çıxarıb.
Xatırlatma!
“VIP Xidmətlər Qrupu” MMC 2011-ci ildə təsis edilib və həmin vaxtdan bu günə qədər şirkətin direktoru İlham Şükürov Sabir oğludur. 2018-ci ildə Emil İlizarov Semyonoviç qısa müddətə onun yerinə keçsə də, 2021-ci ildən oğlu Sabir Şükürov bu posta təyin edilib. 2023-cü ilin aprelindən İ.Şükürov yenidən şirkətin direktoru olub və bu günə qədər öz vəzifəsini davam etdirir.
Şirkət “Premium Bank” ASC-nin səhmdarıdır. Ötən il investisiya üzrə dividend gəliri 1.39 mln. manat olmuşdu.