Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) xətti ilə keçirilcək növbəti valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa 200 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılacaq.
Agentlik xəbər verir ki, bu, son günlər valyuta hərraclarına çıxarılan kütlədən 4 dəfə çoxdur.
Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,6456 AZN/USD təşkil edir. Agentliyin analitik qrupu bugünkü hərracda rəsmi məzənnənin ciddi dəyişməyəcəyini və martın 14-nə məzənnənin 1,64-1,65 AZN/USD diapazonunda qalacağını proqnozlaşdırır.
Report Agentliyi