Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib.
Banker.az xəbər verir ki, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.
Beləliklə, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-sı olacaq.