11 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank bu gün dolların məzənnəsini azaldacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında Azərbaycan Dovlət Neft Fondu tərəfindən satışa çıxarılan 200 mln. ABŞ dolları həcmində valyuta kütləsinə kommersiya bankların faktiki tələbatı 34% səviyyəsində – 68 mln. dollar olub.

Hərracda alqı-satqı sövdələşmələri 1,6410-1,6420 AZN/USD məzənnə diapazonunda aparılıb. Nəticədə, banklar hərracda 68 mln. dollar alıb ki, bu da əvvəlki hərraclarla müqayisədə tələbatın 3-4 dəfə azaldığını göstərir.
Agentliyin analitik qrupu hesab edir ki, bununla əlaqədar AMB-nin dolların martın 14-nə rəsmi məzənnəsini 0,2%-ə yaxın azaldacağı və 1,6410-1,6420 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyi ehtimal edilir.
Report
Son xəbərlər
Digər xəbərlər