Gürcüstan prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bəyan edib.
Bu barədə TASS yazır.
“Mən sizin prezident olaraq qalıram, qanuni parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, – Zurabişvili televiziya ilə çıxışında deyib.