Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın ümumi daxili məhsulda (ÜDM) kreativ sənayenin payı getdikcə artmaqdadır.
Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dekabrın 2-də “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarla əlaqədar keçirdiyi brifinqdə söyləyib.
Agentliyin rəhbəri qeyd edib ki, son illərdə ölkənin ÜDM-də kreativ sənayenin payı 2018-ci ildə 5,1 faizdən 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.