Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) agentliyə verilən məlumata görə, fond tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 68,4 mln. dollar məbləğində vəsait 25 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
APA-Economics