04.12.2024, 08:47
Cənubi Koreya prezidenti Yun Sok-Yöl ölkədə bir neçə saat əvvəl tətbiq etdiyi hərbi vəziyyət rejiminin sona çatdığını elan edib.
Bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Bundan öncə ölkə parlamenti hərbi vəziyyət tətbiqinə qarşı çıxıb.
“Reuters“in məlumatına görə, dekabrın 3-də axşam saatlarında mühasirəyə alınmış parlament binasına daxil ola bilən 300 deputatdan 190-ı onun ləğvinə səs verib.
Cənubi Koreya konstitusiyasına görə, deputatların əksəriyyəti səs verərsə, ölkə parlamenti fövqəladə vəziyyət rejimini ləğv etmək hüququna malikdir.
***
03.12.2024, 17:49
Cənubi Koreya prezidenti Yoon Suk Yeol hərbi vəziyyət elan edib.
Bu barədə Yonhap məlumat yayıb.