7 C
Baku
Sunday, January 12, 2025

“ING Group” neftin qiyməti üzrə proqnozunu açıqlayıb

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə “ING Group”un iyul ayı üzrə proqnozunda bildirilib.

“ING Group”in proqnozuna əsasən, 2024-cü il üzrə “Brent” markalı neftin orta qiyməti 80 dollar, 2025-ci ildə isə 69 dollar təşkil edəcək.

Bundan başqa “ING Group” “Brent”in 2026-cı ildə qiymətinin 70 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, “ING Group” hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər