10 C
Baku
Friday, December 13, 2024

“BP-nin azərbaycanlı işçiləri ixtisara salmaq planı yoxdur” – Qordon Birel

“Azərbaycanlı işçiləri ixtisara salmaq kimi bir planımız yoxdur”.

Bu sözləri ANS TV-nin “Hesabat” verilişində qonaq olan BP şirkətinin Azərbaycan, Türkiyə, və Gürcüstan üzrə regional prezidenti Qordon Birel deyib.

Dünyada hokm sürən iqtisadi böhran şəraitində xərclərin azldılmasının vacibliyindən danışan qonaq bunun üçün başqa yolların mövcudluğunu bildirib. Uzun illərdir azərbaycanlı işçilərin inkişafına, onların ixtisasının artırılmasına sərmayələr qoyulduğunu, çoxlu ixtisasartırma proqramlarının təşkil edildiyini söyləyən Qordon Birel azərbaycalıların çoxusunu həmin proqramlardan keçirildiyini diqqətə çatdırıb.

Qordon Pavel
Qordon Pavel

Bu proqramların keçirilməsində əsas məqsədin gələcəkdə azərbaycanlıların əcnəbi işçiləri vəzifələrdə əvəz etmələri olduğunu bildirən qonaq deyib: “İndi elə bir məqam gəlib ki, keçmişdə azərbaycanlı işçilərə qoyduğumuz sərmayələrdən yararlanırıq. Çoxlu əcnəbi işçiləri artıq öz ölkələrinə göndərmişik. Onların tutduqları yüksək vəziflərə azərbaycanlıları təyin edirik. Bundan başqa azərbaycanlıların yüksək vəzifə tutmasını təmin edən proqramlarımız var”.

Daha sonra TAP layihəsinin təməl qoymasının təxirə düşməsindən danışan qonaq bildirib ki, Cənub Qaz Dəhlizinin 3 iri hissədən- Cənub qaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP-dan ibarətdir. BP nümayəndəsi TAP layihəsinin sonuncu olmasına baxmayaraq, mühüm bir hissə olduğunu söyləyib.

BP-nin TAP layihəsində 20% payının olduğunu söyləyən Qordon layihənin irəli gedəcəyini və vaxtında hazır olacağını bildirib.

“TAP layihəsinin təməlqoyması tezliklə baş tutacaq. Biz inanırıq ki, bu layihə irəli gedəcək və vaxtında hazır olacaq. Çünki 2020-ci ildə “Şahdəniz 2” layihəsi ilə Avropaya qaz çatdırmağı planlaşdırırıq. Bu ildən əsas gözləntimiz odur ki, TAP-ın tikintisinə başlanmalıdır. Gərək Türkiyə hisəsi ilə vaxtında birləşdirilsin ki, 2020-ci ildə ilk qazı İtaliyaya çatdırmaq mümkün olsun”,- deyə qonaq vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər