“Schlumberger overseas S.A” şirkətinin Azərbaycandakı nümayəndəliyinə cərimə yazılıb.
Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatında olub.